"2015/2016 mövsümünün sonunda azad agent oldum. Rahat və dinc idim. Yenidən ölkə xaricinə yollanmaq istəyirdim. Azərbaycandan təkliflər var idi, lakin xoşuma gələn bir şey olmadı. "Belenenseş"dən təklif gələnədək gözləməyi seçdim"

Portuqaliyanın "Rio Ave" klubunun futbolçusu Vitor Qomeş Azərbaycandan təklif alıb. Matc.az "expresso.pt" saytına istinadən xəbər verir ki, 34 yaşlı portuqaliyalı yarımmüdafiəçi bu haqda müsahibəsində deyib.
 
O, 2015/16 mövsümünün sonunda Azərbaycan klublarından təklif aldığını söyləyib:
 
"2015/2016 mövsümünün sonunda azad agent oldum. Rahat və dinc idim. Yenidən ölkə xaricinə yollanmaq istəyirdim. Azərbaycandan təkliflər var idi, lakin xoşuma gələn bir şey olmadı. "Belenenseş"dən təklif gələnədək gözləməyi seçdim".
 
2021-ci ilin yayından "Rio Ave"də çıxış edən Qomeş 2016/17 mövsümündə "Belenenseş"in uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest