İngiltərənin "Nyukasl" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Lion "Olimpik"indən Bruno Gimaraynsı transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.
 
"Nyukasl" Braziliya yığmasının da üzvü olan Qimarayns üçün Fransa klubuna 44 milyon dollar ödəyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest