Futbol üzrə Tunis milli komandasının baş məşqçisi Monder Kebayer istefaya göndərilib. Matc.az xəbər verir ki, bu barədə Tunis Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Kebayerin müqaviləsinə xitam verilib.
 
Tunis millisini Kebayerin kömkçisi Calil Kadri çalışdıracaq.
 
Tunis yığması Afrika Millətlər kubokunun 1/4 finalında Burkino Fasoya uduzub (0:2) və mübarizəni dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest