Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində fevralın 1-də saat 19:45-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "Sabah" oyununun biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, bu barədə "Neftçi"nin mətbuat xidməti məlumat yayıb.
 
Qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edən biletləri "Bakcell Arena"nın kassalarından əldə etmək mümkündür.
 
Qeyd edək ki, kassalar bu gün saat 18:00-dək, oyun günü isə 11:00-dan 19:45-dək işləyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest