Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə "Qarabağ" "Keşlə" ilə münasibətlərinə aydınlıq gətirib. Ağdam klubu doğma meydanda minimal hesabla üstün olub.

Günün digər matçında isə "Neftçi" və "Sabah" komandaları üz-üzə gəlib. Paytaxt təmsilçilərinin duelində qalib müəyyənləşməyib.

1/4 finalın digər oyunları sabah keçiriləcək. "Zirə" "Səbail"i, "Sumqayıt" isə "Qəbələ"ni qəbul edəcək.

Azərbaycan kuboku
1/4 finalın ilk oyunları
1 fevral

"Qarabağ" – "Keşlə" 1:0
Qol: İ.Vadji, 55.

Tofiq Bəhramov adına Respublika Stadionu. Hakimlər - Vüqar Həsənli, Elşad Abdullayev, Cəmil Quliyev, Rauf Allahverdiyev.

Qarabağ: 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 29. Marko Veşoviç, 20. Kadi Borges, 25. Vadji İbrahima, 27. Toral Bayramov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 6. Patrik Andrade, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev, 97. Rüstəm Əhmədzadə, 22. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.

Keşlə: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 99. Rafael Məhərrəmli, 19. Fəhmin Muradbəyli, 11. Sadio Tounkara, 77. Merab Qiqauri, 6. Franko Flores, 13. Pərviz Azadov.
Ehtiyat oyunçular: 27. Əkpər Vəliyev, 8. Tural Axundov, 5. Kərim Diniyev, 29. Amil Yunanov, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 50. Samir Abdullayev, 70. Bahadur Həziyev, 95. Rəhman Daşdəmirov, 74. Kamal Kazımov, 75. Vüsal Qənbərov, 54. Rəşad Həsənov.
Baş məşqçi: Sənan Qurbanov.

"Neftçi" – "Sabah" 1:1
Qol: V.Stankoviç, 40 – C.L.Mikels, 50.

"Bakcell Arena". Hakimlər: Əliyar Ağayev, Müslüm Əliyev, Kamran Bayramov, Kamranbəy Rəhimov.

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 14. Eddi İsrafilov, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 4. Huqo Basto, 9. Tyaqo Bezerra, 77. Gilyerme Pato, 20. Mert çelik, 37. Vüsal Əsgərov.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 26. ömər Buludov, 97. Xəyal Nəcəfov, 3. Mamadu Mbodj, 10. Sezar Meza Kolli, 91. Ramon Maçado, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 73. Ramin Nəsirli.
Baş məşqçi: Samir Abasov.

Sabah: 1. Səlahət Ağayev (k), 14. Slavik Alxasov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 9. Xulio Sezar Rodriqes, 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 17. Xuan Kamara, 29. Ceyhun Nuriyev.
Ehtiyat oyunçular: 32. Rustəm Samiqullin, 94. Yusif İmanov, 26. Tiemoko Fofana, 24. Mixeil Erqemlidze, 55. Şpiro Periçiç, 11. Kristian Sebalyos, 8. Şakir Seyidov, 21. İldar Ələkbərov, 19. Kamran Quliyev, 66. Abdulah Xaybulayev, 33. Camal Cəfərov.
Baş məşqçi: Murad Musayev.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest