Ukraynanın "Aleksandriya" komandası yoxlama oyununda qüvvəsini sınayıb. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Danimarkanın "Vayle Boldklub" klubu ilə qarşılaşıb.
 
Matç Ukrayna təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb. "Aleksandriya"da çıxış edən azərbaycanlı futbolçu Emil Mustafayev də bu qarşılaşmanın iştirakçısı olub. 64-cü dəqiqədə meydana daxil olan U-21 millimizin üzvü 82-ci dəqiqədə komandasının 3-cü qolunu vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest