Futbol üzrə Fransa kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
 
Liqa 1-in lideri PSJ kubokda "Nitsa" ilə üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib. Bu üzdən penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Nitsa" mərhələ adlayıb.
 
Daha öncə "Nant", "Amyen", "Versal", "Bastiya", "Olimpik" (Marsel), "Berjerak" və "Monako" da 1/4 finala vəsiqə qazanmışdı.
 
Fransa kuboku
1/8 final
29 yanvar
 
Nant – Brest 2:0
Nansi – Amyen 0:2
Tuluza – Versal 0:1
Reyms – Bastiya 1:1 (penaltilər 3:5)
Olimpik (Marsel) – Monpelye 1:1 (penaltilər 5:4)
 
30 yanvar
 
Berjerak – Sent Etyen 1:0
Lans – Monako 2:4
 
31 yanvar
 
PSJ – Nitsa 0:0 (penaltilər 5:6)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest