İspaniyanın "Real" klubunun və Braziliya millisinin sabiq futbolçusu Roberto Karlos karyerasını bir oyunluq bərpa edəcək. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, 49 yaşlı keçmiş müdafiəçi həvəskar çempionat hesab olunan İngiltərə Pivə Liqasında çıxış edəcək. Karlos "Bull in Barn Yunayted" klubunda oynayacaq.
 
"Bull in Barn Yunayted" "eBay"in sosial platformasının "Dream Transfer" müsabiqəsində qalib gəlib. Klublar burda iştiraka görə 5 funt sterlinq ödəyir və yarışda qalib gələn komanda bir matçlıq peşəkar futbolçu alır. Müqaviləni isə "eBay" həll edir. "Dream Transfer" tirajından əldə edilən bütün gəlirlər xeyriyyə məqsədilə xərclənir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest