"Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan kubokunun 1/4 finalı çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

"Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan kubokunun 1/4 finalı çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri ilk oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Oyuna çox yaxşı başladıq, amma ilk hissədə meydanın mərkəzində çoxlu boşluq verdik. Nəticədə ikinci toplarda rəqibə uduzmağa başladıq. Fasilədən sonra daha sıx oynadıq. Yaxşı qol vurduq. Bir neçə əla hücum təşkil etsək də, bunları qola çevirə bilmədik. İki komandanın ifasında maraqlı oyun oldu. İnanıram ki, azarkeşlər də razı qaldılar. Cavab oyunu öncəsi şanslar bərabərdir. Futbolçulıar meydanda yaxşı təsir bağışladılıar. Təlim-məşq toplanışında iddialı rəqiblərlə qarşılaşdıq. Oyundan-oyuna artırırıq. Transfer pəncərəsinin bağlanmasına 1 həftə qalıb. İnanıram ki, yeni oyunçu almaq üçün hələ də şanslarımız var".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest