"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 1/4 finalı çərçivəsində "Sabah"a qarşı keçirdikləri ilk oyunu şərh edib.

"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 1/4 finalı çərçivəsində "Sabah"a qarşı keçirdikləri ilk oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Qış fasiləsindən sonra ilk rəsmi oyunumuz idi. Buna görə də bizim üçün çətin oldu. "Sabah" yüksəlişdə olan komandadır. Kubok görüşü olduğundan ikinci matçda da bu cür çətinliklər bizi gözləyəcək. Yolumuza davam etmək istəyirik.
 
Bu mövsüm etdiyimiz bəzi transferlər uğursuz oldu. Məsələn, Harramiz Soares. Onu komandada saxlamaq yersiz idi. özü ilə də danışdıq. Bizi anlayışla qarşıladı. Amma Romen Baskı buraxmamalı idik. Ailəsinə görə komandadan ayrıldı. Dəfələrlə söhbətlərimiz oldu. Lakin ailəsi bura gəlmək istəmədi. Ona görə üzülürəm. Lakin Mamadu Kane və Sabir Buqrinin gedəcəyini gözləyirdik. Yeni komanda qururuq. Bir az vaxt lazımdır.
 
Yeni transferlərin komandaya xeyir verəcəyinə inanıram. Gilyerme Pato tanıdığımız oyunçudur. Azər Əliyevə gəlincə, Rusiyadan futbolçunu bura gətirmək asan deyil. Amma komandaya gec qoşulduqları üçün problem yaşadıq. Ona görə də futbolçuları dəyişə-dəyişə hazırlayacağıq. ümid edirəm ki, tezliklə bunun öhdəsindən gələcəklər. çünki hamısı yaxşı futbolçulardır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest