Futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Matc.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Əvvəlcə "Zirə" doğma meydanda Premyer Liqanın aşkar autsayderi "Səbail"lə münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri bu oyunda 4 cavabsız qolla qalib gəliblər.

Günün digər oyunu isə "Sumqayıt"la "Qəbələ" arasında baş tutub. Bu oyunda isə qonaqlar minimal hesabla üstün olublar.

Xatırladaq ki, ilk oyun günündə "Qarabağ" "Keşlə"yə 1:0 qalib gəlib. "Neftçi" – "Sabah" matçında isə qalib müəyyənləşməyib – 1:1.

Azərbaycan kuboku
1/4 finalın ilk oyunları
2 fevral

"Zirə" – "Səbail" 4:0
Qol: M.Hamdaui, 45+2. L.Broqno, 59; 86. H.Keyta, 72.
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Nicat İsmayıllı.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

Zirə: 1. Mehdi Cənnətov, 10. Ağabala Ramazanov (k), 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 44. Dmitrios çantakias, 47. Məhəmməd Hamdaui, 9. Loris Broqno, 4. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Rəşad Əzizli, 8. İlkin Muradov, 15. Ruslan Abışov, 14. Hamidu Keyta, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev, 25. Vüsal Əliyev.
Məşqçi: Vaqif Paşayev.
Səbail: 25. Elxan Əhmədov, 14. Rahid Əmirquliyev (k), 5. Adil Nağıyev, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 6. Cabir Əmirli, 33. Domantas Şimkus, 34. Yurqen Qoxa, 30. Camal Araqo, 32. Nikolas Raysel, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 31. Nail Alışov, 17. Elçin Rəhimli, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 19. Ruslan Hacıyev, 88. Elmir Tağıyev, 99. Vidadi Cəfərov, 38. Zeynəddin Abdurahmanov.
Baş məşqçi: Aftandil Hacıyev.

"Sumqayıt" – "Qəbələ" 0:1
Qol: İ.Alimi, 26-pen.
Hakimlər: Rauf Cabbarov, Cavanşir Yusifov, Nahid Əliyev, Fərid Hacıyev.
Sumqayıt. "Kapital Bank Arena", 19:15.

Sumqayıt: 13. Aydın Bayramov, 17. Murad Xaçayev, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 24. Elşən Abdullayev, 5. Camaləddin Xocaniyazov, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 25. İlnur Valiev, 30. Nəbi Məmmədov, 60. Elvin Məmmədov, 9. Əli Qurbani, 33. Eltun Turabov, 74. Yusif Nəbiyev, 15. Vüqar Bəybalayev, 37. Nicat Əliyev, 8. Səbuhi Abdullazadə, 21. Sənan Ağayev.
Baş məşqçi: Aleksey Baqa.
Qəbələ: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 7. Ehtiram Şahverdiyev, 27. Məqsəd İsayev, 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani, 9. Fernan Lopes.
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 28. Murad Musayev, 14. ülvi İsgəndərov, 6. Kamal Mirzəyev, 24. Patrik Robson, 77. Emil Səfərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov.
Baş məşqçi: Elmar Baxşıyev.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest