Futbol üzrə Fransa çempionatında 14-cü turdan təxirə salınmış bir oyun keçirilib. Matc.az xəbər verir ki, Lion "Olimpik"i doğma meydanda "Qarabağ"ın Avropa Konfrans Liqasındakı rəqibi – Marsel "Olimpik"i ilə üz-üzə gəlib.
 
üç qolun qeydə alındığı oyunda meydan sahibləri qələbə qazanıblar. Oyunda hesabı qonaqlar açıblar. Amma Lion təmsilçisi son 15 dəqiqədə 2 qol vurmaqla əzmkar qələbəni təmin edə bilib.
 
"Qarabağ"ın Marsel "Olimpik"i ilə ilk oyunu fevralın 17-də Fransada, cavab qarşılaşması isə ayın 24-də Bakıda baş tutacaq.
 
Fransa Liqa 1
14-cü turun oyunu
2 fevral
 
Olimpik (Lion) – Olimpik (Marsel) 2:1
Qol: Şakiri, 76. Dembele, 89 – Genduzi, 10.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest