"Koronavirusun yaratdığı vəziyyətlə əlaqədar ötən Konfrans video formatda keçirildi. Ümid edirəm ki, növbəti Konfrans daha yaxşı şəkildə keçər".

"Koronavirusun yaratdığı vəziyyətlə əlaqədar ötən Konfrans video formatda keçirildi. ümid edirəm ki, növbəti Konfrans daha yaxşı şəkildə keçər". Matc.az xəbər verir ki, bunu AFFA-nın bugünkü Konfransında qurumun prezidenti Rövnəq Abdullayev deyib.
 
O, fikrini bu sözlərlə davam etdirib: "Hesabat dövrü ərzində pandemiyaya baxmayaraq, AFFA tərəfindən planlaşdırılan bütün tədbirlər həyata keçirildi. İlk növbədə AVRO-2020-nin 4 oyunu Bakıda təşkil olundu. Bu, ölkəmizin idman  tarixində xüsusi əlamətdar hadisələrdən biridir. Turnirin bu səviyyədə təşkili ölkəmizin böyük uğurlarından biridir".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest