AFFA-nın 2021-ci ildəki infrastruktur xərcləri açıqlanıb. Matc.az xəbər verir ki, bu göstəricilər bu gün keçirilən Hesabat Konfransında açıqlanıb.
 
Qurum il ərzində infrastruktura 2 milyon 600 min 144 min xərcləyib. 
 
"Dalğa Arena"ya 506 min 287, "ASCO Arena" 432 min 138, Təlim Məşq Mərkəzinə 265 min 545 manat, təhsillə bağlı infrastruktura 175 min 268 manat xərclənib.
 
109 min 619 min manat Binə Stadionuna, 96 min 986 manat Ağsu Stadionuna, 97 min 851 manat "Bakcell Arena"ya, 136 min 71 manatı Şamaxı stadionuna ayrılıb. Digər stadionlar və məşq meydançalarına 779 min 335 manat xərclənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest