"Azərbaycana gəlmək asan deyildi. Pandemiyanın yaratdığı çətinliklərə görə son iki il ərzində problemlər oldu". Matc.az xəbər verir ki, bunu UEFA-nın nümayəndəsi Jozef Kliment qurumun bugünkü Hesabat Konfransında deyib.
 
O, pandemiyaya rəğmən Avropada futbol yarışlarının yenidən bərpa edildiyini vurğulayıb: "Problem təkcə koronavirus deyildi. ötən il bir neçə zəngin klub futbola sahib olmaq, öz liqalarını yaratmaq istədilər. Ancaq onların bu təşəbbüsü dayandırıldı. Səhmdarların, futbol ailəsinin dəstəyi buna mane oldu. Futbol birdir və o, hamıya aiddir".
 
Kliment Azərbaycana ilk gəlişini də xatırlayıb: "Bura ilk səfərim 15 il əvvəl olub. AFFA-da akademiyaların açılışı idi. ötən il AVRO-2020 matçları üçün gəldim. Futbolun Azərbaycanda inkişafına çox təəccübləndim. ümumiyyətlə, ölkə inkişafdadır. Bu, inkişaf və sabitlikdir. Təkcə futbol infrastrukturunu inkişaf etdirmirsiz, eyni zamanda stadionları inşa, bərpa edirsiz, təlim-məşq mərkəzləri açırsız. Milli komandaların inkişafı üçün də bu çox vacibdir. Azərbaycan ən vacib yarışların keçirilməsi baxımından UEFA-nın vacib üzvlərindən biri oldu. Ən gözəl nümunə AVRO-2020 matçlarının təşkili oldu. Bildiyim qədərilə bu turnir Azərbaycan futbol tarixində xüsusi yer tutdu. Eyni zamanda "Qarabağ"ın adını çəkə bilərəm. İlk dəfə çempionlar Liqasının qrupunda iştirak etdi və uğurlu çıxışını da davam etdirir".
 
O, Azərbaycan millisinin ildən-ilə daha güclü olacağına inandığını da vurğulayıb: "Belə davam etsəniz, ən böyük uğuru əldə edəcəksiniz. AFFA-nın prezidenti və vitse-prezidenti ən uzun müddət bu funksiyanı icra edən şəxslərdir. Futbolun sabitliyi bu yöndə çox vacibdir. Uğur üçün bütün səbəbləriniz var".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest