"Konfransda iştirak edən bütün futbol ictimaiyyətinə minnətdarlığımı bildirirəm". Matc.az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev qurumun bugünkü Hesabat Konfransında deyib.
 
Abdullayev Futbol İnkişaf Fondunun bu idman növünün inkişafı baxımından önəmindən bəhs edib: "Keçmiş dönəmdə görülən işlər barədə danışıldı. çətin dövr olsa da, futbol ictimaiyyəti, AFFA futbolun geridə qalmaması, inkişafı üçün əlindən gələni etdi. Qarşıda bizi gözəl işlər gözləyir. Futbolumuzun inkişafı naminə yeniliklər olacaq. Həm komanda sayının artması, həm də futbolun ictimailəşməsi üçün ictimai fondların yaradılması olacaq. Burada maliyyədən çox insanların öz komandalarına sahib çıxması vacib məqamdır. Klubun hər bir üzvünün bir manatı da futbolu ictimailəşdirir. Hansı azarkeşlər, şəhər bir addım atsa, AFFA iki addım atacaq ki, orada futbolun inkişafı daha yüksək səviyyəyə qalxsın".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest