2021-ci ilin yayında karyerasını bitirən braziliyalı futbolçu Hilton yenidən yaşıl meydanlara qayıdıb. Matc.az xəbər verir ki, 44 yaşlı müdafiəçi Fransanın "Set" klubu ilə müqavilə imzalayıb.
 
Bu barədə 3-cü divizion təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Hiltonla müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
 
Müdafiəçi karyerası ərzində Fransada "Monpelye", "Marsel", "Lans", "Bastiya" kimi klublarda çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest