"Zirə"nin məşqçisi Vaqif Paşayev Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, cəzalı olan baş məşqçi Rəşad Sadıqovu əvəz edən təcrübəli mütəxəssis 4:0 hesablı qələbəyə sevindikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Maraqlı görüş oldu. Uşaqlar yaxşı çıxış etdi, oyunlarından razıyam. Qarşıda hələ cavab oyunu da var. Ayın 7-də bizi "Keşlə" ilə vacib oyun gözləyir. Bütün fikrimizi həmin oyuna yönəldəcəyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest