"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Azərbaycan kubokunun 1/4 final mərhələsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib.

"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Azərbaycan kubokunun 1/4 final mərhələsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, Baqa, 0:1 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- Lazımsız səhvlərə görə uduzduq. Sadə epizodlarda səhv edir, topu itirirdik. Daha çox şey danışmaq istəmirəm.
 
- Başqa nələrdən narazı qaldız?
- ötürmələrdə səhvlərə yol verirdik. Bundan başqa komanda hücumda dişsiz idi. Əli Qurbani hücumda tək idi. Ona lazımi ötürmələr gəlmirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest