Futbol üzrə Azərbaycan millisinin və Polşanın "Legiya" klubunun hücumçusu Mahir Emreli Zaqreb "Dinamo"suna keçməyə yaxındır.

Futbol üzrə Azərbaycan millisinin və Polşanın "Legiya" klubunun hücumçusu Mahir Emreli Zaqreb "Dinamo"suna keçməyə yaxındır. Matc.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
 
Xəbərdə Zaqreb təmsilçisinin hücumçunun transferini 24 saat ərzində açıqlayacağı qeyd olunub. Xorvatiya klubu 25 yaşlı forvardı İspaniya "Sevilya"sına qarşı keçirəcəyi Avropa Liqasının pley-off oyunları üçün sifariş etmək istəyir.
 
Xatırladaq ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. O, məlum qalmaqaldan sonra Varşava təmsilçisi ilə yollarını ayırmağa çalışır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest