Futbol üzrə İspaniya kubokunda 1/4 final mərhələsinə start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
 
Əvvəlcə "Rayo Valyekano" doğma meydanda "Malyorka" ilə üz-üzə gəlib. Meydan sahibləri bu oyunda minimal hesabla qalib gələrək ilk yarımfinalçıya çevriliblər.
 
Günün digər matçı "Valensiya" və "Kadis" komandaları arasında keçirilib. üç qolun qeydə alındığı bu oyunda da meydan sahibləri sevinən tərəf olub. "Valensiya" yarımfinala növbəti vəsiqəyə sahib çıxıb.
 
Digər yarımfinalçılar bu gün baş tutacaq "Real Sosyedad" - "Betis" və "Atletik" - "Real" matçlarında müəyyənləşəcək.
 
İspaniya kuboku
1/4 final
2 fevral
 
Rayo Valyekano – Malyorka 1:0
Qol: Trexo, 44-pen.
 
Valensiya – Kadis 2:1
Qol: Qedeş, 24. Duro, 79 – Peres, 54-pen.
 
3 fevral
 
23:30. Real Sosyedad - Betis
00:30. Atletik - Real

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest