İngiltərənin "Nyukasl" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Aston Villa"nın müdafiəçisi Mett Targeti heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu bu ilin 31 mayına qədər icarəyə götürülüb. O, yeni komandasında 13 nömrəli formanı geyinəcək.
 
Mett Target 2019-cu ildən "Aston Villa"da çıxış edir. İngilis futbolçu bu mövsüm sözügedən komandada 19 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Sol cinah oyunçusu daha öncə "Sauthempton" və "Fulhem"də də çıxış edib. Futbolçunun bazar dəyərinin 17 milyon avro olduğu iddia edilir.
 
"Nyukasl" "Brayton"un mərkəz müdafiəçisi Den Börnü də transfer edib. Premyer Liqa təmsilçisi, yeni müdafiəçisi ilə 2.5 illik müqavilə bağlayıb. 29 yaşlı futbolçunun transferi 17 milyon avroya başa gəlib.
 
Den Börn 2018-ci ildən "Brayton"da çıxış edirdi. O, bu mövsüm sözügedən komandanın heyətində 16 matça çıxıb, 1 qola imza atıb. İngilis futbolçu daha öncə "Uiqan", "Birmingem Siti", "Yeovil Taun", "Fulhem" və "Darlinqton" kimi klubların da formasını geyinib.
 
Yeri gəlmişkən, "Brayton" da Belçikanın "Royal Yunion" klubunun türk əsilli almaniyalı hücumçusu Dəniz ündavı transfer edib. 7 milyon avroya transfer olunan 25 yaşlı futbolçu ilə 4.5 illik müqavilə imzalanıb. Amma onun mövsümün sonuna qədər Belçika klubunda icarə əsasında oynamağa davam edəcəyi diqqətə çatdırılıb.
 
Dəniz ündav 2020-ci ildən "Royal Yunion"da çıxış edir. O, bu komandanın heyətində meydana çıxdığı 52 matçda 35 qola imza atıb. Türk futbolçu ötən bu komandanın elitaya yüksəlməsində əsas pay sahiblərindən biri olub. Bu mövsüm isə 27 oyunda 19 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub. Onun komandası isə Jupiler Liqada liderdir. Forvard daha öncə "Meppen", "Ayntraxt" (Braunşveyq) və "Havelse" kimi klublarda da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest