"Qalatasaray"la yollarını ayıran Deandre Yedlinin yeni klubu məlum olub. Matc.az xəbər verir ki, 28 yaşlı müdafiəçi ABŞ-ın "İnter Mayami" klubuna keçib.
 
Bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Yedlinlə 3+1 illik müqavilə imzalanıb.
 
Amerikalı futbolçu "Qalatasaray"da 36 oyuna çıxıb. O, bu oyunlarda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Xatırladaq ki, "İnter Mayami"nin sahibi ingiltərəli keçmiş futbolçu Devid Bekhemdir.
 
Yeri gəlmişkən, "Qalatasaray" yarımmüdafiəçisi Aytaç Karanı icarəyə göndərib. 28 yaşlı futbolçu bu mövsümün sonuna qədər "Göztəpə"də çıxış edəcək. O, bu mövsümün əvvəlində "Kasımpaşa"dan azad agent kimi ayrılmış və "Qalatasaray"la rəsmi müqavilə imzalamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest