Futzal üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin püşkü atılacaq. Matc.az xəbər verir ki, tədbir fevralın 9-da Bakı İdman Sarayının Mətbuat konfransı otağında təşkil olunacaq və saat 12:00-da başlayacaq.
 
Qeyd edək ki, 1/8 finalda "Araz" (Naxçıvan), EKOL, "Baku Fire", "Neftçi" İK, "Alyans", "Xilə", "Record", U-19, "Forza Neftçi", "Advokat", "Atletiko Baku", "Alyans Qrup", "Bibi-Heybət", "İSMA Baku", "STAR kargo-2" və "Baker Tilly" komandaları iştirak edəcək. Bu mərhələnin oyunları fevralın 19-da və 20-də keçiriləcək. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest