Bu gün AFFA İntizam Komitəsinin növbəri iclası keçirilib. Matc.az xəbər verir ki, müzakirələr nəticəsində Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş "Sumqayıt" - "Qəbələ" oyunu ilə bağlı bir qərar qəbul olunub.
 
Qərara əsasən, "Sumqayıt"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
 
Xatırladaq ki, "Sumqayıt" doğma meydanda baş tutan bu oyunda "Qəbələ"yə 0:1 hesabıyla uduzub. Cavab qarşılaşması fevralın 13-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest