"Sabah" heyətini daha bir futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, braziliyalı müdafiəçi Hiqor Qabriellə 3 illik müqavilə bağlanıb.
 
Braziliyanın "Fluminense" klubunun yetirməsi olan 22 yaşlı futbolçu karyerası ərzində bu komanda ilə yanaşı, "Rio Branko" (Braziliya) klubunda da çıxış edib.
 
Paytaxt klubu daha öncə Aleksandr Neçayev və Kristian da Silva Fili də transfer etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest