Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında təşkil olunmuş müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
U-17 Liqasının "Sumqayıt" – "Neftçi" İK İB oyununda "Neftçi"nin futbolçusu Şövqan Cəfərli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Neftçi"nin digər futbolçusu Nihad Niftəli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Sumqayıt"ın futbolçusu Nadir Orucov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-17 Liqasının "Qəbələ" – "Kəpəz" oyununda "Qəbələ"nin futbolçusu Ağabəkir Həşimli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-16 Liqasının "Azəri" TİM – "Turan Tovuz" oyununda "Turan Tovuz"un futbolçusu Məhəmməd Abbasov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-16 Liqasının "Keşlə" – "Səbail" oyununda "Keşlə"nin futbolçusu Həsən Mahmudov "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-16 Liqasının "Neftçi" İK İB – "Sabah" oyununda "Neftçi"nin futbolçusu Vladimir Tsaryov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Neftçi"nin digər futbolçusu Arif Mustafayev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. "Sabah"ın futbolçusu Xəlil Mürsəlli rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. "Neftçi"nin baş məşqçisi Şahin Şahüseyni cəzalı olduğu halda texniki zonaya daxil olduğuna və hakimləri təhqir etdiyinə görə cəzasının üzərinə 6 oyun əlavə olunub.
 
U-16 Liqasının "Neftçi" PFK – "Sabah" oyununda "Neftçi"nin futbolçusu Surxan Nəbiyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-15 Liqasının "Turan Tovuz" – "Cənub Elit" oyununda "Cənub Elit"in futbolçusu Sərdar Ələsgərov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-15 Liqasının İFA – "Zirə" oyununda İFA-nın diskvalifikasiya olunmuş 15 nömrəli futbolçusu Orxan Bayramov start heyətində matçda iştirak etdiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-10 Liqasının "Sabah" – "Neftçi" İK İB oyununda "Neftçi" İK İB komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-10 Liqasının "European" FA – "Neftçi" İK İB oyununda "Neftçi"nin heyətində yetərsay olmadığından oyun baş tutmadığı üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilir. Bu hal üçüncü dəfə təkrarlanarsa, komandanın yarışlardan kənarlaşdırılacağı barədə xəbərdarlıq ediləcək.
 
U-13 Liqasının "Leon" FK – "Sabah" oyununda protokoldakı səhvə (oyundan əvvəl forma dəyişikliyi baş vermiş lakin protokolda qeyd olunmayıb) görə "Leon" komandasının futbolçusu Turan Alməmmədzadəyə göstərilmiş qırmızı vərəqənin formasını geyindiyi futbolçu Nihat Hacıyevə qeyd olunması haqqında. Bu məsələ ilə bağlı 29 dekabr 2021-ci il tarixli 18 nömrəli protokolun 9-cu məsələsində dəyişiklik edilsin, qəbul edilmiş qərarda cəza Nihat Hacıyevin əvəzinə Turan Alməmmədzadəyə şamil olunsun. "Leon" FK komandasına xəbərdarlıq edilsin.
 
Futzal üzrə Birinci Liqanın "Qarabağ Füzuli" – "Yasamal" İSK oyununda matçın 20-ci dəqiqəsində "Yasamal"ın futzalçısı Emil İsgəndərli rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. "Qarabağ Füzuli"nin futzalçısı Sunay Həsənov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın ADBTİA – "Standard"  oyununda matçın 30-cu dəqiqəsində "Standard"ın futzalçısı Həbib Amanov təhqir edici sözlər işlətdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın "Baku Fire 2" – "Metropoliten" oyununda "Baku Fire 2" komandasının futzalçısı Qüdrət Qasımzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Dalğa" – "Advokat" oyununda "Dalğa"nın 1 nömrəli futzalçısı Fazil Atayev "sonuncu ümid folu"-na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Zülfüqar" – "Star Karqo 2" oyununda "Star Karqo 2" komandasının futzalçısı Anar Məmmədov "aqressiv hərəkət"ə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. "Zülfüqar"ın futzalçısı Elmir Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Borçalı" – "Rəvan" oyununda "Borçalı"nın futzalçısı Asif İsmayılov təhqir edici sözlər işlətdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın İSMA "Baku" – "Timsport" oyununda İSMA "Baku" komandasının futzalçısı İsa İsayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın İSMA "Baku" – "Timsport" oyununda "Timsport"un futzalçısı Fərid Quliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Zülfüqar" – "Atletiko Baku" oyununda "Zülfüqar"ın futzalçısı Şəhriyar Gülüşov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest