Futbol üzrə İngiltərə Premyer Liqasında 17-ci turdan təxirə salınmış bir oyun keçirilib. Matc.az xəbər verir ki, günün yeganə matçında "Bernli" və "Uotford" komandaları üz-üzə gəlib.
 
Tərəflər bu oyundan qapılara yol tapa bilməyiblər. Bu üzdən də matç heç-heçə bitib.
 
Bu heç-heçədən sonra "Uotford" 15 xalla 18-ci, "Bernli" isə 13 xalla 20-ci sırada qərarlaşıb.
 
İngiltərə Premyer Liqası
17-ci turun oyunu
5 fevral
 
Bernli – Uotford 0:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest