Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının baş məşqçisi Jelko Kopiç azərbaycanlı hücumçu Mahir Emrelini transfer etmələrinə münasibət bildirib

Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının baş məşqçisi Jelko Kopiç azərbaycanlı hücumçu Mahir Emrelini transfer etmələrinə münasibət bildirib. Matc.az xəbər verir ki, o, 24 yaşlı futbolçunun hücumun müxtəlif mövqelərində oynaya bildiyini söyləyib:
 
"Axtardığımız da bu idi. Daha çox mövqe və sistemdə oynaya bilən futbolçu axtarırdıq. Bunu Emrelidə tapdıq".
 
45 yaşlı mütəxəssis Mahirin uzun müddət məşqlərdən kənarda qaldığını xatırladıb: "Emreli "İstra 1961" ilə oyunda olmayacaq. Hazırda fərdi şəkildə məşq edir. Bu səbəbdən Emreli ilə diqqətli olmalıyıq. Onunla bağlı danışıqlar uzun çəkib. Amma inanıram ki, tezliklə komanda üçün mübarizə apara biləcək. Mahirin nə vaxt meydana çıxa biləcəyini dəqiq deyə bilməyəcəyəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest