Azərbaycanlı futbolçu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" 1-ci liqanın 23-cü turunda "Altınordu"nu məğlub edib – 1:0. Matc.az xəbər verir ki, Bursa təmsilçisinin üzvləri bu qələbəyə görə pul mükafat alacaq. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş matçdan əvvəl "Altınordu" ilə oyundakı qələbəyə görə futbolçulara və məşqçilər heyətinə mükafat veriləcəyini bildirib. Futbolçuların mükafatları çərşənbə günü veriləcək.
 
"Bursaspor"un "Altınordu"nu məğlub etdiyi matça start heyətdə başlayan Namik, vurulan yeganə qolun ötürməsini edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest