"Malyorka" İspaniya La Liqasının 23-cü turunda "Kadis"i məğlub edib – 2:1. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, "Malyorka"ya qələbə qazandıran qolu vuran Vedat Muriqi çempionatın tarixinə düşüb.
 
Belə ki, hücumçu La Liqada qol vuran ilk kosovolu futbolçu olub.
 
27 yaşlı hücumçu qış fasiləsində "Latsio"dan "Malyorka"ya keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest