Almaniya Bundesliqasının 21-ci turu çərçivəsində baş tutan "Leypsiq"lə ev oyunu "Bayern"in qapıçısı Manuel Noyer üçün əlamətdar olub. Matc.az xəbər verir ki, almaniyalı qolkiper Bundesliqada 310-cu qələbəsinə sevinib.
 
Komandası bu oyunda 3:2 hesabıyla qalib gəlib. Bununla da Noyer "Bayern"in sabiq qapıçısı Oliver Kanın rekordunu təkrarlayıb. Keçmiş qolkiper də vaxtilə Bundesliqada 310 qələbəyə sevinib.
 
Hazırda 35 yaşı olan Noyer 310 qələbə sayına 458 matçda çatıb. Kan isə vaxtilə bunu 557 matçda gerçəkləşdirib. Manuel Noyerin karyerasını hələ davam etdirdiyini nəzərə alsaq, onun mütləq rekordçuya çevriləcəyi də şübhə doğurmur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest