Futbol üzrə İtaliya A Seriyasında 24-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər görüşləri bazar gününə təsadüf edib.
 
"Bolonya" – "Empoli" matçında hesab açılmayıb. "Sampdoriya" "Sassuolo"nu, "Udineze" isə "Torino"nu məğlub yola salıb.
 
"Atalanta" bu dəfə "Kalyari" ilə ev oyunundan gözlənilməz məğlubiyyətlə ayrılıb. "Yuventus" bu turda "Verona" ilə qarşılaşıb. Turin təmsilçisi doğma meydanda inamlı qələbəyə sevinib. "Napoli" isə səfərdə "Venetsiya"nı 2 cavabsız qolla yenib.
 
İtaliya A Seriyası
24-cü tur
5 fevral
 
Roma – Cenoa 0:0
 
İnter – Milan 1:2
Qol: Perişiç, 38 – Jiru, 75; 78.
 
Fiorentina – Latsio 0:3
Qol: Milinkoviç-Saviç, 52. İmmobile, 70. Biraqi, 81-öz qapısına.
 
6 fevral
 
Atalanta – Kalyari 1:2
Qol: Palomino, 64 – Pereyro, 50; 68.
 
Bolonya – Empoli 0:0
 
Venetsiya – Napoli 0:2
Qol: Osimhen, 59. Petanya, 90+10.
 
Sampdoriya – Sassuolo 4:0
Qol: Kaputo, 5. Sensi, 7. Konti, 63. Kandreva, 90+1.
 
Udineze – Torino 2:0
Qol: Molina, 90+3. Pussetto, 90+7.
 
Yuventus – Verona 2:0
Qol: Vlahoviç, 13. Zakariya, 61.
 
7 fevral
 
23:45 Salernitana – Spetsiya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest