Türkiyənin "Yeni Malatyaspor" klubu baş məşqçisi Marius Şumudiçanı istefaya göndərib. Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
51 yaşlı mütəxəssislə müqavilə vaxtından əvvəl ləğv olunub. "Yeni Malatyaspor" rumıniyalı baş məşqçiyə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
 
Şumudiça 2021-ci ilin oktyabrında komandanın sükanı arxasına keçib. Onun klubla sözləşməsi yayda başa çatmalı idi. "Yeni Malatyaspor" Super Liqada 23 oyundan sonra 16 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest