Futbol üzrə klublararası dünya çempionatında yarımfinalçılar müəyyənləşib. Matc.az xəbər verir ki, turnirin açılış matçında Birləşmiş Ərəb Əmirliklərinin "Əl Cəzirə" klubu Taiti təmsilçisi "Pirae" ilə qarşılaşıb.
 
Rəqibini 4:1 hesabıyla məğlub edən "Əl Cəzirə" növbəti mərhələdə Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Hilal" ilə üz-üzə gəlib. "Əl Hilal" 6:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Misirin "Əl Əhli" komandası isə Meksika "Monterrey"ini 1:0 hesabıyla üstələyib.
 
Beləliklə, mundialın yarımfinalında "Əl Hilal" İngiltərənin "çelsi" komandasıyla qarşılaşacaq. Bu oyun fevralın 9-da baş tutacaq. Digər yarımfinal görüşü isə "Əl Əhli" ilə Braziliya "Palmeyras"ı arasında keçiriləcək. Bu qarşılaşma sabah oynanılacaq.
 
Fevralın 9-da 5-ci yer uğrunda oyunda "Monterrey"lə "Əl Cəzirə" qarşılaşacaq. Ayın 12-də isə 3-cü yer uğrunda oyun və final qarşılaşması baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest