"Səbail" qapıçısı Nail Alışovla yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Belə ki, gənc futbolçu klubla müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edib. Qapıçıya azad agent statusu verilib. "Səbail" Alışova klubun kollektivi adından təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest