Sabah Topaz Premyer Liqasında mövsümün ikinci yarısına start veriləcək. Matc.az xəbər verir ki, çempionatdakı 54 günlük fasilə 2019-cu ilin ilk görüşləri ilə başa çatacaq.

III dövrə XV turun 4 qarşılaşması ilə başlayacaq. Bu oyunlar iki gün ərzində baş tutacaq.

İlin ilk matçı Zirədə baş tutacaq. Mövsümdə ilk dəfə ev oyununu doğma arenada keçirəcək qəsəbə təmsilçisi "Sabah"ı qəbul edəcək. Debütantla hər iki oyunda uduzan Samir Abasovun komandası son sıradan uzaqlaşmaq üçün mütləq qalib gəlməlidi. Qonaqlar isə mövqeyini qorumaq və "üçlük"dən uzaq düşməmək üçün turu itkisiz adlamalıdı.

Günün ikinci oyununda da iki paytaxt təmsilçisi qarşılaşacaq. Sürpriz şəkildə 3-cü sırada qərarlaşan "Səbail" "keşlə"nin qonağı olacaq. Autsayderlər qrupunda yer alan meydan sahibləri "Sumqayıt"a çatmaq üçün mütləq qələbə qazanmağa borcludu. Aftandil Hacıyevin yetimələri isə izləyicilərinin xal fərqinin əritməməsi üçün müsbət nəticəyə köklənib.

Turun ikinci günü Qəbələdə başlayacaq. Paytaxtdan kənarda keçiriləcək yeganə oyunda eyniadlı komanda "Sumqayıt"ı sınağa çəkəcək. Turnir cədvəlindəki qonşuların oyununda qonaqlar xal fərqini azaltmaq, Sənan Qurbanovun yetirmələri isə 1 pillə irəliləmək, "üçlüy"ə yaxınlaşmaq niyyətindədi.

Tura Azərbaycan derbisi ilə yekun vurulacaq. Təkcə turun deyil, III dövrənin mərkəzi oyununda "Qarabağ" "Neftçi"ni qəbul edəcək.

çempionatın liderləri, həmçinin ölkənin iki ən titullu klubu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Ağdam təmsilçisi qalib gəlsə, liderliyə şərik olacaq.

Qurban Qurbanovun yetirmələri bərabərliklə də intriqanın yüksək həddə qalmasını təmin edəcək. "Ağ-qaralar"ın qələbəsi isə paytaxt təmsilçisinə qızıl medal mübarizəsində böyük üstünlük bəxş edəcək. çünki Roberto Bordinin yetirmələri üstünlüyünü 6 xala çatdıracaq və şəxsi oyunlarda öndə qərarlaşmağı təmin edəcək.

Topaz Premyer Liqası

XV tur

2 fevral (şənbə)

16:30. "Zirə" – "Sabah"
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, Nicat İsmayıllı
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev 
Zirə İdman Kompleksinin stadionu

19:00. "Keşlə" – "Səbail"
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mübariz Haşımov, Rauf Allahverdiyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli  
"ASK Arena"

3  fevral (bazar)

14:00. "Qəbələ" – "Sumqayıt"
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Şaiq Həmidov  
Qəbələ şəhər stadionu

18:30. "Qarabağ" – "Neftçi"
Hakimlər: Rəvan Həmzəzadə, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Səbuhi Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov  
Tofiq Bəhramov adına Respublika Stadionu

 

Neftçi

14

10

3

1

26-10

33

Qarabağ

14

9

3

2

32-14

30

Səbail

14

6

3

5

16-14

21

Sabah

14

5

2

7

12-20

17

Qəbələ

14

4

5

5

17-18

17

Sumqayıt

14

4

3

7

13-20

15

Keşlə

14

3

3

8

16-23

12

Zirə

14

2

4

8

12-25

10


Bombardirlər: Baqali Dabo ("Neftçi"), Mahir Mədətov ("Qarabağ") - 7 qol.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest