Fransanın "Bordo" klubunda baş məşqçi Vladimir Petkoviçlə yollar ayrılıb. Matc.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
 
Xəbərdə, isveçrəli mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib. Klubun mətbuat xidməti hələlik bununla bağlı rəsmi açıqlama yaymayıb.
 
İstefaya komandanın uğursuz çıxışı səbəb göstərilir. Belə ki, "Bordo" Liqa 1-də 19-cu sırada qərarlaşıb və elitada qalmaq uğrunda mübarizə aparır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest