"Qarabağ" klubu dünya reytinqində 162-ci pillədə qərarlaşıb. Matc.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 200 komandanın yer aldığı siyahıda yeganə Azərbaycan klubudur.
 
"Köhlən atlar"ın hesabında 85.6 xal var.
 
Siyahıya 297 xalla Braziliya "Atletiko Mineyro"su başçılıq edir. Niderland "Ayaks"ı 292 xalla ikinci, Braziliyanın digər klubu "Palmeyras" 288 xalla üçüncüdür.
 
Reytinq 1 fevral 2021-ci il-31 yanvar 2022-ci il tarixlərini əhatə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest