"Barselona"nın keçmiş futbolçusu Xristo Stoiçkov açıqlama verib. Matc.az xəbər verir ki, "goal.com" saytına danışan keçmiş oyunçu, "Barselona"nın futbolçusu Osman Dembele haqda fikirlərini bildirib.
 
"Dembelenin əsas problemi onun ətrafıdır. O, böyük səhv etdi. Dembeleni bağışlamaq olmaz. Azarkeşlər də artıq onu dəstəkləməyəcək. O, futbolun ancaq qaçmaqdan ibarət olmadığını başa düşməlidir. Dembelenin öyrənəcəyi hələ çox şey var".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest