Futbol üzrə Türkiyə Kubokunda 1/8 final mərhələsinə start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
 
üç qolun qeydə alındığı "Kasımpaşa" - "Qaziantep" matçında qonaqlar qələbə qazanıblar. Doqquz qolluq "Fatih Karagümrük" - "Konyaspor" görüşü isə meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
 
"Fənərbaxça" öz meydanında "Kayserispor"la qarşılaşıb. Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.
 
Türkiyə kuboku
1/8 final
8 fevral
 
Kasımpaşa – Qaziantep 1:2
Qol: Oanes, 31 – Fiqeyredo, 42. Maksim, 81.
 
Fatih Karagümrük – Konyaspor 5:4
Qol: L.Mərcan, 7. A.Musa, 28. Borini, 67; 80-pen. E.Mor, 101 – Koka, 11; 21-pün. Amilton, 60. M.çağıran, 87.
 
Fənərbaxça – Kayserispor 0:1
Qol: R.çivelek, 90+4.
 
9 fevral
 
14:30. Bandırmaspor – Sivasspor
18:30. Hatayspor - Antalyaspor
21:30. Dənizlispor – Trabzonspor
 
10 fevral
 
18:30. Alanyaspor – Adana Dəmirspor
21:30. Beşiktaş - Göztəpə

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest