İtaliyanın "Sampdoriya" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi Sebastyan Covinkonu heyətinə qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.
 
Covinkonun son klubu Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Hilal" olub. Yarımmüdafiəçi İtaliyada daha əvvəl "Yuventus", "Parma" və "Empoli"də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest