Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan futbol üzrə klublararası dünya çempionatında finalçılar müəyyənləşib

Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan futbol üzrə klublararası dünya çempionatında finalçılar müəyyənləşib. Matc.az xəbər verir ki, sonuncu yarımfinal görüşündə İngiltərənin "çelsi" və Səudiyyə Ərəbistanının "Əl Hilal" komandaları üz-üzə gəlib.
 
Bu oyunda 1:0 hesablı qələbəyə sevinən Avropa təmsilçisi adını finala yazdırıb. İngiltərə klubunun yeganə qolunu 32-ci dəqiqədə Romelu Lukaku vurub.
 
"çelsi" finalda Braziliyanın "Palmeyras" komandası ilə qarşılaşacaq. Həlledici oyun fevralın 12-də keçiriləcək. Həmin gün "Əl Hilal"la "Əl Əhli" (Misir) də 3-cü yer uğrunda üz-üzə gələcək.
 
Bu gün həm də 5-ci yer uğrunda oyun keçirilib. Bu oyunda yarımfinala vəsiqə qazana bilməyən Meksika "Monterrey"i ilə BƏƏ təmsilçisi "Əl Cəzirə" qarşılaşıb. "Monterrey" 3:1 hesabıyla qalib gələrək, 5-ci yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest