Avropanın böyük futbol ölkələrində "transfer pəncərəsi" bağlanıb. Matc.az saytının məlumatına görə, klublar son keçidlərini dünən gecə rəsmiləşdiriblər.

çempionlar Liqasında 1/8 finala adlayan komandalar gedənlərin və heyətə cəlb edilənlərin siyahısını UEFA-ya təqdim edib. Avropanın ən güclü 16 klubunun heç də hamısı qış fasiləsini fəal keçirməyib.

"Mançester Yunayted" və "Real" nə oyunçu alıb, nə də satıb. İngiltərənin digər nəhəngləri "Liverpul", "Mançester Siti" və "Tottenhem" də transfer həyata keçirməyibsə, "Lion" heyətini bütünlüklə qoruya bilib. Bu dönəmin ən fəalları isə "Barselona" və "Porto" olub.

Əlavə edək ki, bu ildən etibarən siyahıya salınan üç futbolçunun hər biri mövsümün əvvəlində digər komandanın heyətində çempionlar Liqasında çıxış etmiş ola bilər. Əvvəllər əlavə edilən 3 oyunçudan yalnız biri digər klubda oynamış ola bilərdisə, indi bu güzəşt hər üç oyunçuya şamil olunacaq.

çempionlar Liqasının 1/8 final mərhələsində iştirak edəcək klubların qış bazarlığı:

 

"Ayaks (Hollandiya)

Gələnlər: Lisandro Maqalyan ("Boka Xuniors"), Lassina Traore ("Akaks Kape Taun"), Bruno Varela ("Benfika": icarəyə)

Gedənlər: Kay Syeryuis ("Qroningen": icarəyə), Maks Vöber ("Sevilya"), Frenki de Yonq ("Barselona": yayda keçəcək)

 

"Atletiko" (İspaniya)

Gələnlər: Alvaro Morata ("çelsi": icarəyə), Nehuen Peres ("Argentinos Xuniors": icarədən qayıdıb)

Gedənlər: Gelson Martins ("Monako": icarəyə), Conni Kastro ("Vulverhempton")

 

"Barselona" (İspaniya)

Gələnlər: Ceyson Murilyo ("Valensiya": icarəyə), Jan-Kleyr Todibo ("Tuluza"), Kevin-Prins Boatenq ("Sassuolo": icarəyə), Frenki de Yong ("Ayaks": yayda keçəcək), Emerson ("Atletiko Mineyro": yayda keçəcək)

Gedənlər: Munir El-Haddadi ("Sevilya"), Denis Suares ("Arsenal": icarəyə)

 

"Bavariya" (Almaniya)

Gələnlər: Alfonso Deyvis ("Vankuver Vaytkaps": mövsümün əvvəlindən anlaşıb), Benjamin Pavar ("Ştutqart": yayda keçəcək)

Gedən: Sandro Vaqner ("Tyançjin Teda")

 

"Borussiya" (Dortmund, Almaniya)

Gələn: Leonardo Balerdi ("Boka Xuniors")

Gedənlər: Sebastian Rode ("Ayntraxt": icarəyə), Kristian Pulişiç ("çelsi": yaya qədər icarə əsasında "Borussiya"da oynayacaq), Aleksandr İsak ("Villem II": icarəyə), Denis Burniç ("Drezden": icarəyə), Şinji Kaqava ("Beşiktaş": icarəyə), Ceremi Tolyan ("Seltik": icarəyə)

 

"Yuventus" (İtaliya)

Gələn: Martin Kaseres ("Latsio": icarəyə)

Gedənlər: Qonsalo İquain ("çelsi": icarəyə), Stefano Sturaro ("Cenoa": icarəyə), Medhi Benatia ("Əl-Duhail")

 

"Liverpul" (İngiltərə)

Gələn: yoxdu

Gedənlər: Dominik Solanke ("Bornmut"), Natanyel Klayn ("Bornmut": icarəyə)

 

"Lion" (Fransa)

Gələnlər: Bubakar Fofana ("Ayaçço": yayda keçəcək)

Gedən: yoxdu

 

"Mançester Siti" (İngiltərə)

Gələn: yoxdu

Gedənlər: Brahim Diaz ("Real"), Rabbi Matondo ("Şalke")

 

"Mançester Yunayted" (İngiltərə)

Gələn: yoxdu

Gedən: yoxdu

 

PSJ (Fransa)

Gələn: Leandro Paredes ("Zenit")

Gedənlər: Timoti Vea ("Seltik": icarəyə), Xese Rodriges ("Betis": icarəyə), Yasin Adli ("Bordo")

 

"Porto" (Portuqaliya)

Gələnlər: Fernando Andrade ("Santa Klara"), Pepe ("Beşiktaş"), Uilson Manafa ("Portimonense"), Mamadu Ndiaye ("Braqa": icarəyə)

Gedənlər: Everton ("Urava Red Diamonds": icarəyə), Rişedli Bazoer ("Utrext": icarədən qayıdıb), çidozie Avazyem ("çaykur Rizəspor": icarəyə), Serxio Oliveyra (PAOK: icarəyə)

 

"Real" (İspaniya)

Gələn: Brahim Diaz ("Mançester Siti")

Gedən: Kiko Kasilya ("Lids")

 

"Roma" (İtaliya)

Gələn: yoxdu

Gedən: yoxdu

 

"Şalke" (Almaniya)

Gələnlər: Rabbi Matondo ("Mançester Siti"), Ceffri Bruma ("Volfsburq": icarəyə)

Gedənlər: Naldo ("Monako"), Yohannes Geis ("Köln"), Abdul Rahman Baba ("çelsi": icarədən qayıdıb), Franko di Santo ("Rayo Valyekano")

 

"Tottenhem" (İngiltərə)

Gələn: yoxdu

Gedənlər: Musa Dembele ("Quançjou"), Corc-Kevin Nkudu ("Monako": icarəyə)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest