Futzal üzrə Yüksək Liqada qış fasiləsi fevralın 15-də başa çatacaq. Matc.az xəbər verir ki, həmin gün XII turun oyunları keçiriləcək. 
 
Turun mərkəzi matçı hesab edilən "Araz" (Naxçıvan) – EKOL görüşü CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq. 
 
Karantin qaydalarına uyğun olaraq oyunlar azarkeşlər üçün qapalıdır.
 
Təyinatları diqqətinizə çatdırırıq:
 
Yüksək Liqa
XII tur
15 fevral
 
Alyans (Lənkəran) – Xilə
Hakimlər: Xəlil Xəlilov, Nahid Xasıyev, Vüsal Balaşov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı İdman Sarayı. Saat 12:00.
 
Araz (Naxçıvan) – EKOL
Hakimlər: Hikmət Qafarlı, Mahir Məmmədov, Anar Fərəcov.
Hakim-inspektor: Azər Əsgərov.
Bakı İdman Sarayı. Saat 14:15.
 
Baku Fire – Neftçi İK
Hakimlər: Ziya Nəsirov, Nail Nağıyev, Elgün Hüseynov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı İdman Sarayı. Saat 16:15.
 
Record – U-19
Hakimlər: Ceyhun Hüseynov, Hacıəli Ağayev, Hüseyn Əsgərov.
Hakim-inspektor: Ramiz Əsgərov.
Bakı İdman Sarayı. Saat 18:15.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest