İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən Kriştiano Ronaldonun anası Doloreş Aveyru Roma Katolik Kilsəsinin başçısı Papa Frantsisklə görüşüb. Matc.az xəbər verir ki, Aveyru Roma papasına oğlunun Portuqaliya millisində geyindiyi formanı hədiyyə edib. Ronaldonun anası bununla bağlı "instaqram" hesabında paylaşım edib.
 
Ronaldo bu mövsüm "Mançester Yunayted"lə 19 oyunda 8 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest