"Yuventus"un yeni transferi Duşan Vlahoviçin karantin qaydalarını pozduğu iddia edilir. Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
 
Belə ki, yanvarın 22-də koronavirus testi pozitiv çıxan serbiyalı hücumçu ayın 29-na qədər karantində qalmalı idi. Lakin o, ayın 28-də "Yuventus"la rəsmi müqavilə imzalayıb.
 
Toskana Səhiyyə Xidməti Vlahoviçin məsələsinin araşdırılması üçün prokurorluğa müraciət edib.
 
Vlahoviç qış fasiləsində 75 milyon avro qarşılığında "Fiorentina"dan "Yuventus"a keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest