FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Matc.az xəbər verir ki, sonuncu dəfə ötən ilin dekabr ayında açıqlanmış reytinq cədvəli ilə müqayisədə Azərbaycan milli komandası 1 pillə geriləyib.
 
Komandamız hazırda 1139 xalla 121-ci pillədə qərarlaşıb.
 
Reytinq cədvəlinə 1828 xalla Belçika millisi başçılıq edir. Növbəti yerləri Braziliya (1826) və Fransa (1786) yığmaları tutur. Türkiyə seçməsi isə 1472 xalla 39-cudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest