Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
Region Liqasının "Karvan" – "Qoşqar" UGİM-2 oyununda "Qoşqar" UGİM-2 komandası özbaşına meydanı tərk etdiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
Gənclər Liqasının "Sumqayıt" – "Qəbələ" oyununda "Sumqayıt"ın futbolçusu Nihad Ağayev "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Sumqayıt"ın digər futbolçusu Alı Alı isə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-17 Liqasının "Sabah" - İCBFA oyununda İCBFA komandasının futbolçusu Fizuli Dəmirov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
U-16 Liqasının "Sumqayıt" – "Azəri" TİM oyununda "Sumqayıt"ın futbolçusu Xalid Şamilzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-13 Liqasının RİOEUGİM – "Təhsil" RİM oyununda RİOEUGİM komandasının baş məşqçisi Tural Hüseynov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-12 Liqasının "Aquatic" FK – "Polad" FK oyununda "Aquatic" FK komandası lisenziyalarını təqdim etmədiyi üçün oyun baş tutmadığına görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-16 Liqasının "Azəri" TİM – "Turan Tovuz"  oyununda hakimin səhvinə (oyunun baş hakimi cəza almış oyunçunun adını səhv qeyd etmişdir) görə "Turan Tovuz"un futbolçusu ümid Cəfərova göstərilmiş ikinci sarı vərəqənin digər futbolçu Məhəmməd Abbasova qeyd olunub. Bu məsələ ilə bağlı 4 fevral 2022-ci il tarixli 19 nömrəli protokolun 6-cı məsələsində dəyişiklik edilib. Qəbul edilmiş qərarda cəza Məhəmməd Abbasovun əvəzinə ümid Cəfərova şamil olunub. 
 
U-17 Qızlar Liqasının "Fidan" (Bakı) – 8 â„–-li İOEUGİM (Bakı) oyununda "Fidan" komandasının 15 nömrəli futbolçusu Nərgiz Müzəffərli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest