Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

"Sabah" doğma meydanda "Neftçi" ilə münasibətlərinə aydınlıq gətirib. Bu komandaların ilk oyunu heç-heçə bitdiyindən, cavab matçının da maraqlı keçəcəyi şübhə doğurmurdu. Cavab görüşündə hesabı meydan sahibləri açıb. Amma "ağ-qaralar" ikinci hissə cəmi 7 dəqiqə ərzində 3 qol vurmaqla əzmkar qələbə qazanıblar və yarımfinala yüksəliblər.

Xatırladaq ki, ilk oyun günündə "Qarabağ" "Keşlə"ni 6:0 (ilk oyun 1:0) hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Digər yarımfinalçıların adına sabah baş tutacaq "Səbail" – "Zirə" və "Qəbələ" – "Sumqayıt" oyunlarında aydınlıq gələcək.

Azərbaycan kuboku
1/4 finalın cavab oyunu
12 fevral

"Sabah" – "Neftçi" 1:3
Qol: X.Kamara, 41 – E.Mahmudov, 61. R.Maçado, 62; 68.
Qırmızı vərəqə: A.İsayev, 75. S.Ağayev, 75.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Nahid Əliyev, Vüqar Həsənli.
Masazır. "Bank Respublika Arena", 16:00.
İlk oyun – 1:1.

Sabah: 1. Səlahət Ağayev (k), 14. Slavik Alxasov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 9. Xulio Sezar Rodriqes, 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 17. Xuan Kamara, 29. Ceyhun Nuriyev.
Ehtiyat oyunçular: 97. Aleksandr Neçayev, 94. Yusif İmanov, 26. Tiemoko Fofana, 24. Mixeil Erqemlidze, 55. Şpiro Periçiç, 15. Kristian da Silva, 99. Hiqor Qabriel, 8. Şakir Seyidov, 21. İldar Ələkbərov, 19. Kamran Quliyev, 66. Abdulah Xaybulayev, 33. Camal Cəfərov.
Baş məşqçi: Murad Musayev.

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 97. Xəyal Nəcəfov, 19. Azər Salahlı, 14. Eddi İsrafilov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 91. Ramon Maçado, 77. Gilyerme Pato, 20. Mert çelik.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 26. ömər Buludov, 10. Sezar Meza Kolli, 4. Huqo Basto, 9. Tyaqo Bezerra, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Vüsal Əsgərov, 73. Ramin Nəsirli.
Baş məşqçi: Samir Abasov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest